İngiltərənin “Kristal Pelas” klubunun və İngiltərə millisinin qapıçısı Din Henderson London təmsilçisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
“Qasid Media” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, ötən yay “Nottinqem Forest”in marağı ilə üzləşən klub rəhbərliyi şərtləri yaxşılaşdıraraq ingiltərəli qolkiperi komandanın ən yüksək maaş alan futbolçusuna çevirməyi planlaşdırır.
Qeyd edək ki, 29 yaşlı qapıçı 2023-cü ildən “Kristal Pelas”ın şərəfini qoruyur və onun mövcud sözləşməsinin müddəti 2028-ci ilə qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında meydana çıxdığı 3 matçda 8 qol buraxıb.
“Transfermarkt” portalı təcrübəli qolkiperin dəyərini 28 milyon avro qiymətləndirir.










