Shopping cart

  • Home
  • Hadisə
  • Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib
Hadisə

Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib

Email 12

Göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi Cənubi Koreyanın ən böyük vulkanik adası və əsas kurortu olan Çedju sularında aşıb.

“Qasid Media” “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildirib.

İnsident nəticəsində 9 nəfər xilas edilib, daha iki nəfər itkin düşüb.

Çedju adasının sahil mühafizə xidmətinin məlumatına görə, 29 tonluq balıqçı gəmisi bu gün səhər saatlarında aşıb, 9 nəfər – 8 indoneziyalı və 1 vyetnamlı xilas edilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir. Digər 2 nəfər – cənubi koreyalı kapitan və İndoneziyadan olan bir heyət üzvü isə itkin düşüb.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatların aparılması üçün hadisə yerinə helikopterlər və patrul gəmiləri göndərib. Həmçinin Hərbi Dəniz Qüvvələrinin 1 gəmisi və bir neçə mülki balıqçı gəmisi səfərbər edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər