Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
“Qasid Media” xəbər verir ki, bu barədə Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən açıqlama verilib.
Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib:
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, bu gün saat 15:50-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, 8 nəfərə yerində yardım olunub”










