Shopping cart

  • Home
  • İdman
  • “Çelsi”nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İdman

“Çelsi”nin futbolçusu Ris Ceyms əməliyyat olunub

Email 60

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib.

“Qasid Media” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb.

Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada “Bornmut”la keçirilən matçdan (5:1) əvvəl, məşq zamanı zədələnib.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 4 oyunda iştirak edən futbolçu 1 sarı vərəqə ilə yadda qalıb. “Çelsi” 6 turdan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər