Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb.
“Qasid Media” Oxu.Az-a istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Vətəndaş – 2009-cu il təvəllüdlü A.Həmidova xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.






