Shopping cart

  • Home
  • İdman
  • “Barselona” Rafinyanın het-triki sayəsində “Sevilya”nı məğlub edib
İdman

“Barselona” Rafinyanın het-triki sayəsində “Sevilya”nı məğlub edib

Email 35

“Barselona” İspaniya çempionatının səfər matçında “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib.

“Qasid Media” xəbər verir ki, Sevilyada “Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüşdə qaliblərin heyətində 22-ci, 52-ci və 69-cu dəqiqələrdə qol vuran Rafinya het-triklə fərqlənib.

“Sevilya”nın yeganə topunu 19-cu dəqiqədə Yussuf Fofana vurub.

Rafinya ardıcıl ikinci matçda het-trik rəsmiləşdirib. Sentyabrın 16-da İspaniya çempionatının “Rasinq”lə oyununda (7:2) braziliyalı vinger üç qol vurmuşdu.

“Barselona” İspaniya çempionatının təkbaşına lideridir. Komanda yeddi matçda yeddi qələbə qazanıb və 21 xal toplayıb. “Sevilya” 13 xalla turnir cədvəlində beşinci yeri tutur.

Növbəti matçda, oktyabrın 10-da “Barselona” “Xetafe”ni qəbul edəcək, “Sevilya” isə oktyabrın 12-də səfərdə “Levante” ilə oynayacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər