Email 19
Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
“Qasid Media” xəbər verir ki, qurumun məlumatına görə Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.









