Shopping cart

  • Home
  • Hava
  • Bakıda güclü leysan gözlənilir: sel təhlükəsi ilə bağlı xəbərdarlıq
Hava

Bakıda güclü leysan gözlənilir: sel təhlükəsi ilə bağlı xəbərdarlıq

Email 46

Bakıda və ölkənin bir sıra rayonlarında güclü yağış, bəzi ərazilərdə isə sel və daşqın təhlükəsi gözlənilir.

Qasid Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 9-u gündüzdən 10-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi ərazilərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.

Oktyabrın 9-u axşamdan 10-u səhərədək yağışın intensiv və güclü olacağı gözlənilir.

Ölkənin digər ərazilərində də qeyri-sabit hava şəraiti müşahidə edilə bilər. Ayrı-ayrı rayonlarda intensiv leysan və dolu, dağlıq ərazilərdə isə qar yağması ehtimalı var.

Yağıntılarla əlaqədar Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli sel və daşqın keçə biləcəyi bildirilir.

Güclü yağış zamanı yollarda suyun toplanması və nəqliyyatın hərəkətində çətinliklərin yaranması mümkündür. Sürücülərə sürət həddini azaltmaq, ara məsafəsini qorumaq və su basmış yol sahələrindən keçməmək tövsiyə olunur.

Qeyd edək ki, hava şəraiti ilə bağlı xəbərdarlıq oktyabrın 9–10-u tarixlərini əhatə edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər