Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
İdman

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Email 14

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

“Qasid Media” xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər