Shopping cart

  • Home
  • Hadisə
  • Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı
Hadisə

Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı

Email 51

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarətlər yetirib.

“Qasid Media” APA TV-yə istinadən xəbər verir ki, Allahşükür və Rəvanə Ağazadə bir müddətdir ayrı yaşayırmışlar.

İddialara görə, ayrı yaşamağa başladıqdan sonra kişi həyat yoldaşını izləyirmiş.

Şahidlərdən birinin sözlərinə görə, hadisə qadın səhər saatlarında övladını bağçaya apararkən baş verib. Şübhəli şəxsin binanın girişində onlara yaxınlaşaraq bıçaqla hücum etdiyi bildirilir.

Məlumata görə, Rəvanə Ağazadə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükür Ağazadənin etirazından sonra məhkəmə tərəflərə barışmaq üçün möhlət verib.

Qeyd edək ki, cütlüyün üç övladı var. Ən kiçik uşağın anası ilə yaşadığı bildirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər