Shopping cart

  • Home
  • Maraqlı
  • Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
Maraqlı

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Email 22

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur.

“Qasid Media”nın məlumatına görə, qadınların orta çəkisi 52.5 kiloqram, kişilərin orta çəkisi isə 47.5 kiloqram təşkil edir.

Qadınların orta boyu 163.7 santimetr, kişilərin orta boyu isə 171.6 santimetrdir.

Məlumata əsasən, 15 yaş və yuxarı qadınların bədən kütləsi indeksi orta hesabla 24.7, kişilərdə isə 25-dir.

Yaş qrupları üzrə göstəricilərə nəzər saldıqda, 15-19 yaşlı qadınların orta çəkisi 50 kiloqram, 20-44 yaşlı qadınların 51.2 kiloqram, 45-64 yaşlı qadınların 54.2 kiloqram, 65 yaş və yuxarı qadınların isə 54.5 kiloqramdır.

Kişilərdə isə 15-19 yaş qrupunda orta çəki 50 kiloqram, 20-44 yaş qrupunda 48.8 kiloqram, 45-64 yaş qrupunda 45.8 kiloqram, 65 yaş və yuxarı şəxslərdə isə 45.5 kiloqram təşkil edir.

Artıq çəkili şəxslərin payı qadınlar arasında 5.6 faiz, kişilər arasında isə 4.4 faizdir.

Yaş qrupları üzrə ən yüksək göstərici 65 yaş və yuxarı qadınlarda qeydə alınıb – 11.8 faiz.

Eyni yaş qrupunda kişilər üzrə bu göstərici 6.8 faizdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər