Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda “parklanma yerlərinin minimal sayının məcburi kvotası” təsdiq edilib
Gündəm

Azərbaycanda “parklanma yerlərinin minimal sayının məcburi kvotası” təsdiq edilib

Email 18

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası”nı təsdiqləyib.

“Qasi Media” xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, kvota aşağıdakı kimidir:

Tikinti obyektlərinintəyinatıTikinti obyektləri üçün parklanma yerlərinin minimal sayı(avtomobil-yer)
1. Yaşayış binaları
1.1. Çoxmənzilli yaşayış binalarıhər mənzil üçün 1 yer, ümumi sahəsi 180 m2 və bundan yuxarı olan hər mənzil üçün 1,3 yer
1.2. Fərdi yaşayış evlərihər ev üçün 1 yer
2. İdarəetmə, hüquq və maliyyə-kredit təşkilatları, ofis binaları və otaqları
2.1. Dövlət orqanları (qurumları) üçün binalarümumi sahənin hər 75 müçün 1 yer
2.2. Yerli özünüidarəetmə orqanları üçün binalarümumi sahənin hər 100 m2 üçün 1 yer
2.3. İş mərkəzləri, sığorta və hüquq təşkilatları, ofis binaları və otaqlarıümumi sahənin hər 50 müçün 1 yer
2.4. Banklar və maliyyə-kredit təşkilatlarıümumi sahənin hər 50 müçün 1 yer
2.5. Çoxfunksiyalı bina və komplekslər *binanın müxtəlif funksiyalı hər bölməsi üçün bu cədvələ uyğun olaraq ayrıca müəyyən edilir
3. Təhsil müəssisələri, elmi və layihə təşkilatları
3.1. Məktəbəqədər təhsil müəssisələriümumi sahənin hər 300 m2 üçün 1 yer
3.2. Ümumi təhsil müəssisələriümumi sahənin hər 300 m2 üçün 1 yer
3.3. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələriümumi sahənin hər 200 m2 üçün 1 yer
3.4. Təlim-tədris və hazırlıq kurslarıümumi sahənin hər 300 m2 üçün 1 yer
3.5. Elmi, elmi-tədqiqat və layihə təşkilatlarıümumi sahənin hər 170 m2 üçün 1 yer
4. Səhiyyəmüəssisələri
4.1. Poliklinikalar və digər ambulator tipli müəssisələrümumi sahənin hər 100 m2 üçün 1 yer
4.2. Xəstəxanalar və digər stasionar tipli müəssisələrhər 5 çarpayı üçün 1 yer
5. Ticarət obyektləri
5.1. Mağazalar (ayrıca yerləşən və ümumi sahəsi 200 m2-dən çox olan)ümumi sahənin 200 m2-dən çox olan hər 50 m2hissəsi üçün 1 yer
5.2. Bazarlar və topdan satış mərkəzləriümumi sahənin hər 100 m2 üçün 3 yer
6. İaşə obyektləri və mehmanxanalar
6.1. Restoranlarümumi sahənin hər 50 m2 üçün 1 yer
6.2. Kafeteri və çayxanalarümumi sahənin hər 75 m2 üçün 1 yer
6.3. Şadlıq sarayları və mərasim zallarıümumi sahənin hər 30 m2 üçün 1 yer
6.4. Mehmanxanalar və digər növ yerləşdirmə obyektlərihər 15 çarpayı üçün 1 yer
6.5. Motellərotaq sayının ən azı 80%-i üçün yer
7. Mədəniyyət və diniobyektlər
7.1. Kinoteatr, teatr, sirk, konsert və konfrans zallarıhər 10 oturacaq üçün 1 yer
7.2. Kitabxanalar, rəsm qalereyaları, muzeylər və sərgi salonlarıümumi sahənin hər 350 m2 üçün 1 yer
7.3. Məscidlər, kilsələr, sinaqoqlar və digərləriümumi sahənin hər 100 müçün 1 yer
8. İdman və əyləncə obyektləri
8.1. Tamaşaçı yerləri olmayan idman obyektləri (məsələn məşq bazaları)idman sahəsinin hər 200 m2 üçün 1 yer
8.2. Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlarhər 20 oturacaq üçün 1 yer
8.3. Tamaşaçı yerləri olmayan oyun və idman zalları (fitnes, idman və məşq zalları)ümumi sahənin hər 100 m2 üçün 1 yer
8.4. Tamaşaçı yerləri olan oyun və idman zallarıümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer
8.5. Açıq üzgüçülük hovuzları, akvaparklarhovuzun hər 10 m2 sahəsi üçün 1 yer
8.6. Tamaşaçı yerləri olmayan qapalı üzgüçülük hovuzlarıümumi sahənin hər 100 m2 üçün 1 yer
8.7. Tamaşaçı yerləri olan qapalı üzgüçülük hovuzlarıümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer
8.8. İstirahət və əyləncə obyektləri (əyləncə mərkəzləri, oyun avtomatları zalları və s.)ümumi sahənin hər 30 müçün 1 yer
9. Kommunal obyektlər
9.1. Hamamlar, saunalarümumi sahənin hər 35 müçün 1 yer
10. Nəqliyyat obyektləri
10.1. Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlarhər 10 sərnişin üçün 1 yer
10.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və stansiyalarıümumi sahənin hər 40 m2 üçün 1 yer
11. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar)obyektləri
11.1. Sənaye və elmi-istehsalat müəssisələriümumi sahənin hər 150 m2 üçün 1 yer
11.2. Logistika (anbar) obyektləriümumi sahənin hər 250 m2 üçün 1 yer
12. Rekreasiya əraziləri və istirahət obyektləri
12.1. Çimərliklər və parklarhər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer
12.2. Meşə-parklar və qoruqlarhər 100 eyni zamanda gələn ziyarətçiyə 7 yer
12.3. İstirahət evləri və bazaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar və turist bazalarıhər 100 istirahət edən üçün 10 yer
12.4. Kurortlar, pansionatlar, təbii müalicəvi sağlamlıq mərkəzləri (termal kurortlar)otaq sayının ən azı 25%-i üçün 1 yer
13. Qəbiristanlıqlar
13.1. Qəbiristanlıqlarhər 1 hektar ərazi üçün 10 yer

Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər