Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Gündəm

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib

Email 25

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

“Qasid Media” quruma istinadən xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 000 manat olan “BMW 520I” markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 000 manat olan “BMW 740LI” markalı nəqliyyat vasitəsi 26 000 manata, ilkin qiyməti 6 000 manat olan “Toyota Camry” markalı avtomobil isə 15 600 manata satılıb.

Növbəti hərraclar 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər