Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda 9 ayda xarici vətəndaşlara 7 milyon manatdan çox ƏDV qaytarılıb
Gündəm

Azərbaycanda 9 ayda xarici vətəndaşlara 7 milyon manatdan çox ƏDV qaytarılıb

Email 44

Bu ilin yanvar–sentyabr aylarında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 7 milyon 319,2 min manat təşkil edib.

“Qasid Media” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış məbləği 157 milyon 192,1 min manat olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər