Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycana gələn turistlərin xərcləri 18 %-dən çox azalıb
Gündəm

Azərbaycana gələn turistlərin xərcləri 18 %-dən çox azalıb

Email 31

Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 553 milyon 954,3 min manat xərcləyib.

“Qasis Media” rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən349 milyon 35,1 min manat və yaxud 18,3 % azdır.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 7 ay ərzində nəqliyyata 699 milyon 101,9 minmanat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 176 milyon 6,4 min manat və yaxud 20,1 % azdır.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 27,4 % və yaxud 108 milyon 173,8 min manat azalaraq 285 milyon 466,5 min manat olub.

Turistlər qidalanmaya 289 milyon 722,7 minmanat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 17,5 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 15,7 % azalaraq 9 milyon 472,8 min manat olub.

Yanvar-iyulda turizm zərfinin alınmasına isə721 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 16,4 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 2 milyon 447,8 min manat ( +1,4 %), idman və əyləncə xidmətlərinə 13 milyon 244,6 minmanat (+13,1 %), malların və hədiyyələrin alınmasına 192 milyon 902,9 min manat (+2,8 %), digər istiqamətlərə isə 60 milyon 874,1 min manat (-11,7 %) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 7,9 % azalaraq 492 milyon 25,8 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 177 milyon 412,5 min manat olub ki, bu da illik müqayisədə 10,3 % azdır. Qazaxıstandan səfər edənlərin xərcləri isə 2 % artaraq 84 milyon 995,5 min manata çatıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər