Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb
İdman

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb

Email 29

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.

“Qasid Media”nın məlumatına görə, ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində “Hapoel”i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən “Sabah” ölkənin əmsalını artırıb.

Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.

24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.

Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər