Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında təmsil olunacaq
İdman

Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında təmsil olunacaq

Email 26

Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında mübarizə aparacaq.

“Qasid Media” federasiyaya istinadən xəbər verir ki, yarış iyulun 18–25-də İtaliyanın Arco şəhərində yerləşən “Rock Master Climbing Stadium”da təşkil olunacaq.

Bu çempionat gənc idmançılar üçün dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biridir və U-17 və U-19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növləri üzrə təşkil olunur.

Dünya gənclər çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançı iştirak edəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər