Email 7
Azərbaycan güləşçisi Rəna Nuriyeva Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında ilk görüşünü keçirib.
“Qasid Media”nın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.







