Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycan-Çin beynəlxalq avtomobil daşımaları sazişi mübadilə edilib
Gündəm

Azərbaycan-Çin beynəlxalq avtomobil daşımaları sazişi mübadilə edilib

Email 10

Azərbaycan ilə Çin arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin mübadiləsi həyata keçirilib.

“Qasid Media”nın “AZƏRTAC”a istinadən verdiyi xəbərə əsasən, sazişin mübadiləsi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çində keçirilən “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026” çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşündə iştirakı zamanı baş tutub.

Sentyabrın 22-də Pekində keçirilən tədbirdə həmçinin Çin, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Ş.Mustafayev həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə çıxış edib. Baş nazirin müavini Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, ölkəmizin Dəhlizin fəaliyyətində oynadığı rolu, həyata keçirdiyi strateji infrastruktur layihələri, Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026″nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib.

Səfər çərçivəsində Çinin bir sıra aparıcı şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanda həyata keçirilən layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib, enerji və “yaşıl enerji” sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər