Shopping cart

  • Home
  • Uncategorized
  • Azərbaycan boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Uncategorized

Azərbaycan boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Email 27

Azərbaycanın 19 yaşadək boksçuları iyulun 11-də Almaniyanın Frankfurt (Oder) şəhərində start götürəcək beynəlxalq turnirə qatılacaqlar.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

U-19 komandasının baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov 4 gün davam edəcək yarışda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) etimad göstərib.

Azərbaycanı turnirdə həmçinin Elxan Quliyev hakim kimi təmsil edəcək.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər