Shopping cart

  • Home
  • Nəqliyyat
  • “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb
Nəqliyyat

“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb

Email 16

Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarından sərnişinlərin rahat şəkildə yararlanması məqsədilə həmin stansiyalar müntəzəm xətlər üçün aralıq dayanacaq nöqtəsi olaraq təyin olunub.

“Qasid Media” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu dayanacaqlardan Bakı-Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.

Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəfi) önündə müntəzəm marşrutlara xidmət edən dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığını təmin etmək üçün dayanacaq sahəsi uyğun nişanlarla işarələnib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən yola çıxan 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları bu nöqtədə aralıq dayanacağı kimi saxlayacaq.

Avtobusların Bakı-Sumqayıt yoluna maneəsiz və rahat çıxışını təmin etmək məqsədilə ərazidə xüsusi hərəkət zolağı yaradılıb.

Bundan əlavə, Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi olaraq metronun “Xocəsən” stansiyası müəyyən edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər