Shopping cart

  • Home
  • Hava
  • Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
Hava

Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi

Email 12


2026-cı ildə Avropada müşahidə olunan ekstremal istilər indiyədək 25 mindən çox insanın ölümünə səbəb olub.

“Qasid Media” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi apardığı hesablamalara əsasən məlumat yayıb.

Məlumata görə, ən çox ölüm halı Almaniyada qeydə alınıb. Robert Kox İnstitutunun açıqladığı statistikaya əsasən, aprel ayından bəri ölkədə 11.9 mindən çox insan həyatını itirib. Bildirilir ki, bu ölümlərin 9 mindən çoxu iyunun sonundan etibarən qeydə alınıb.

Qeyd edək ki, bu yay Avropa dörd güclü isti hava dalğasının təsiri altında qalıb. Sinoptiklərin proqnozuna görə, növbəti isti dalğası artıq gələn həftə başlayacaq.

Belə ki, avqustun 12-də Londonda havanın temperaturunun 34, Parisdə isə 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər