Shopping cart

  • Home
  • Nəqliyyat
  • Avqustda Bakı metrosu ilə sərnişindaşıma 12 %-dən çox azalıb
Nəqliyyat

Avqustda Bakı metrosu ilə sərnişindaşıma 12 %-dən çox azalıb

Email 27

Bu ilin avqust ayında “Bakı Metropoliteni” QSC ilə 13 milyondan çox sərnişin səfər edib.

“Qasid Media”  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.

Bildirilib ki, bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb. Məlumata görə, ötən ayın lideri 1 400 424 sərnişinlə “Koroğlu” stansiyası olub. 3 avqust 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.

Eyni zamanda, “Əlçatan metro” xidməti çərçivəsində 79 sifariş icra olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər