Email 33
Almaniyanın “Bayer 04” klubunun futbolçusu İbrahim Maza karyerasını İngiltərədə davam etdirə bilər.
“Qasid Media” “Teamtalk”a istinadən xəbər verir ki, “Arsenal” və “Tottenhem” 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Hər iki klubun nümayəndələri Əlcəzair millisinnin üzvünü izləyir, onun inkişafını və transfer imkanlarını qiymətləndirirlər.
Xatırladaq ki, İbrahim Mazanın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.










