Shopping cart

  • Home
  • İdman
  • Ançelottidən etiraf: “Norveçlə oyunda su fasiləsində taktiki səhvə yol verdik”
İdman

Ançelottidən etiraf: “Norveçlə oyunda su fasiləsində taktiki səhvə yol verdik”

Email 29

“Komandamız dünya çempionatında qalib gəlmək şanslarını 1/8 finalda Norveçə qarşı keçirilən matçdakı su fasiləsi zamanı əldən verib”.

“Qasid Media” xəbər verir ki, bunu Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti ESPN-ə açıqlamasında bildirib.

“Həmin anadək komanda oyuna tam nəzarət edirdi. Su fasiləsi zamanı taktikanı dəyişməklə böyük səhvə yol verdik. Mənim səhvim yəqin ki, komandanın oyuna nəzarəti itirdiyini düşündüyüm an oldu, baxmayaraq ki, vəziyyət tamamilə fərqli idi. Heyətdə bəzi dəyişikliklər etdim və bundan dərhal sonra Erlinq Holandla bağlı problemimiz yarandı”, – deyə Ançelotti etiraf edib.

Xatırladaq ki, su fasiləsindən sonra Holand dubla imza atıb və Braziliya Norveçə 1:2 hesabı ilə məğlub olaraq1990-cı ildən bəri ilk dəfə dünya çempionatının 1/4 finalına vəsiqə qazana bilməyib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər