Shopping cart

  • Home
  • İdman
  • Almaniyalı qapıçı Azərbaycana gəlir
İdman

Almaniyalı qapıçı Azərbaycana gəlir

Email 25

Almaniyalı qapıçı Leon Pölsün növbəti dayanacağı Azərbaycan olacaq.

“Qasid Media” xəbər verir ki, bu maraqlı transfer ehtimalı barədə Albaniyanın “Kategoria e Shpresës” nəşri məlumat yayıb.

Xatırladaq ki, 29 yaşlı qolkiper 2025-ci ilin yayında İrlandiyanın “Şemrok Rovers” klubundan ayrılaraq Albaniyanın “Vllaznia” komandasına transfer olunmuşdu. Şkoder təmsilçisinin heyətində bir mövsüm çıxış edən oyunçu artıq klubla yollarını ayırıb.

Albaniya mətbuatının yaydığı informasiyaya əsasən, Pöls yeni mövsümdən etibarən Azərbaycan çempionatında mübarizə aparacaq. Qapıçının yerli klublarımızdan biri ilə artıq razılığa gəldiyi vurğulanır. Buna baxmayaraq, onun məhz hansı Azərbaycan komandasının şərəfini qoruyacağı hələlik sirr olaraq qalır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər