Shopping cart

  • Home
  • Dünya
  • “Allianz Trade” Azərbaycana “yaşıl layihələr”də 22 illik maliyyə təklif edir
Dünya

“Allianz Trade” Azərbaycana “yaşıl layihələr”də 22 illik maliyyə təklif edir

Email 30

Almaniyanın “Allianz Trade” ixrac-kredit agentliyi göstərilən dəstəyin həcminə heç bir məhdudiyyət qoymadan, Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsindəki layihələri maliyyələşdirməyə hazır olduğunu bildirib.

“Qasid Media”  xəbər verir ki, bu barədə “Allianz Trade”nin Afrika, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin anderrayteri Annika Rixter-Raxman “Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər” mövzusunda keçirilən vebinarda deyib.

A.Rixter-Raxman izah edib ki, agentliyin sığorta təminatı alman ixracatçılarını ödənişlərin edilməməsi ilə bağlı kommersiya və siyasi risklərdən qoruyur, həmçinin cəlb olunan maliyyələşdirmənin dəyərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

“Azərbaycanla bağlı sığorta təminatı siyasətimiz kifayət qədər açıqdır. Bizim sabit limitlərimiz yoxdur, bu da o deməkdir ki, dəstəyin həcminə dair məhdudiyyət də yoxdur. Qısamüddətli təminat zamanı biz heç əlavə təminat da tələb etmirik. Orta və uzunmüddətli təminata gəldikdə, bir qayda olaraq, bank zəmanəti və ya maliyyə hesabatlarının auditi tələb olunur”, – agentliyin nümayəndəsi bildirib.

A.Rixter-Raxman bildirib ki, alman təchizatçılarından mal və xidmətlər alan Azərbaycan kontragentləri üçün uzunmüddətli kreditləşmə əlçatandır. Eyni zamanda, kreditlərin standart ödəniş müddəti 15 ilə qədər təşkil edir, ekoloji və “yaşıl” təşəbbüslər halında isə bu müddət 22 ilə qədər uzadıla bilər.

Bundan əlavə, agentlik ekoloji layihələrin həyata keçirilməsi zamanı Almaniya iştirakının payına dair daha yumşaq tələblər nəzərdə tutur. “Standart sövdələşmələr zamanı, bir qayda olaraq, dəyərin ən azı 51 %-nin Almaniya komponentinin payına düşməsini tələb edirik. “Yaşıl əqdlər” zamanı isə daha çevik yanaşırıq: minimum hədd 30 %-ə endirilir.”, – o vurğulayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər