Email 54
Konqresin narazılığına baxmayaraq, ABŞ Prezidenti Donald Trampın administrasiyası Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi olan KAAN layihəsi üçün aviasiya mühərriklərinin satışını reallaşdırmaq fikrindədir.
“Assoşeyted Press” agentliyinin yaydığı məlumata əsasən, ABŞ Dövlət Departamenti Konqres üzvlərinə rəsmi bildiriş ünvanlayaraq, dəyəri təqribən 700 milyon dollar olan mühərrik satışının həyata keçirilməsinin nəzərdə tutulduğunu bəyan edib.










