Shopping cart

  • Home
  • ABŞ
  • ABŞ-də helikopter qəzasında ölən iki nəfərin meyiti tapılıb
ABŞ

ABŞ-də helikopter qəzasında ölən iki nəfərin meyiti tapılıb

Email 3

Amerikanın Yuta ştatında meşə yanğınının söndürülməsi zamanı helikopterin qəzaya uğraması nəticəsində həlak olan iki nəfərin meyiti aşkarlanıb.

“Qasid Media” bu barədə ABŞ-nin Milli İdarələrarası Yanğın Mərkəzinə istinadən xəbər verir.

Qurumdan bildirilib ki, pilot və sərnişin həlak olub. Xilasedicilər qəza yerinə təhlükəsiz şəkildə çata bilmədiklərinə görə yerli hakimiyyət orqanları ölüm barədə məlumatı ilkin olaraq təsdiqləmirdi.

Xatırladaq ki, avqustun 8-də Amerikanın Yuta ştatında böyük meşə yanğınının söndürülməsində iştirak edən “Sikorsky S-64” helikopteri qəzaya uğrayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər