Shopping cart

  • Home
  • Dünya
  • Ed Milibend: Folklend adaları Britaniyanındır və belə də qalacaq
Dünya

Ed Milibend: Folklend adaları Britaniyanındır və belə də qalacaq

Email 31

Londonun Folklend adaları ilə bağlı mövqeyi dəyişməzdir, adalar Britaniyanındır və belə də qalacaq.

“Qasid Media”  xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Böyük Britaniyanın Folklend adaları ilə bağlı mövqeyi dəyişməzdir. Adalar Britaniyanındır və belə də qalacaq, ada sakinlərinin əksəriyyəti məhz bu mövqedədir”, – o yazıb.

Milibend vurğulayıb ki, ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququ birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki o, beynəlxalq hüquqa əsaslanır və Britaniya onu qətiyyətlə müdafiə edəcək.

Daha əvvəl Argentina Prezidenti Xavyer Miley bildirmişdi ki, Folklend adaları tarixə və qanuna görə Argentinaya məxsusdur. Onun fikrincə, Böyük Britaniya adaları işğal edib, Argentina hakimiyyətini qovub və orada müstəmləkə rejimi qurub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər