ABŞ-nin “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi Tailanda çatıb və səkkiz aydan çox müddətdə ilk liman dayanacağını həyata keçirib.
“Qasid Media”nın CNN-ə istinadən məlumatına görə, gəmi Pattaya kurort şəhəri yaxınlığındakı Laem-Çabanq limanına daxil olub.
Gəmi ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarında iştirak da daxil olmaqla, ardıcıl 200 gündən çoxdur, dənizdədir. Tailandda heyət ABŞ-yə qayıtmazdan əvvəl istirahət edəcək və bərpa olunacaq.
Daha əvvəl “Military Times” “Abraham Lincoln” gəmisində hərbçilər arasında bir neçə intihar cəhdi barədə məlumat verib. Uzunmüddətli səfər zamanı yaşayış şəraiti ilə bağlı problemlər, o cümlədən kondisioner, isti su və sanitariya otaqlarının çatışmazlığı barədə də məlumatlar yayılıb.
Təyyarə daşıyan gəminin uzun müddətli səfəri həmçinin avadanlıqlarının vəziyyəti və heyətin psixoloji vəziyyəti ilə bağlı suallar doğurub.










