Fransalı hücumçu Bredli Barkolanın Fransanın PSJ klubundan “Liverpul”a (İngiltərə) transferi futbol tarixinin ən bahalı 10 keçidi sırasına daxil olub.
“Qasid Media” “Transfermarkt” statistika portalına istinadən xəbər verir ki, 125 milyon avroluq bu sövdələşmə 10-cu ən bahalı transfer kimi qeydə alınıb.
Eyni məbləği İspaniyanın “Real” klubu bu yay “Leyptsiq”dən (Almaniya) Yan Diomandenin, “Liverpul” isə bir il əvvəl “Bayer 04″dən (Almaniya) Florian Virtsin keçidi üçün ödəyib.
Qeyd edək ki, futbol tarixinin ən bahalı transferləri sırasında ilk 3 yerdə Neymar (“Barselona”dan PSJ-yə, 222 milyon avro), Kilian Mbappe (“Monako”dan PSJ-yə, 180 milyon avro) və Usman Dembele (Dortmund “Borussiya”sından “Barselona”ya, 148 milyon avro) qərarlaşıb.










