Shopping cart

  • Home
  • Hava
  • Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Hava

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Email 28

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.

“Qasid Media” xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər