Shopping cart

  • Home
  • Hadisə
  • Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
Hadisə

Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub

Email 27

Kipr sahillərində qayığın qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb.

“Fırtına səbəbindən üç qayıq qayalara çırpılaraq Kipr sahillərində batıb. Bir nəfər ölüb, altı nəfər xilas edilib”, – məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, ölən şəxsin cəsədi adanın cənub-şərq sahilindəki Qreko burnu yaxınlığında sudan çıxarılıb, iki nəfər xəstəxanaya çatdırılıb.

Şənbə günü güclü yağış və şiddətli külək Aralıq dənizi adasını cənginə alaraq bir sıra rayonlarda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər