Email 31
Kiprin “Pafos” klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov zədə səbəbindən komandasının son oyunlarını buraxıb.
“Qasid Media”nın əldə etdiyi məlumata görə, 20 yaşlı vingerin təxminən 2-3 həftəyə yaşıl meydanlara qayıdacağı gözlənilir.
M.Məmmədov avqustun 13-də Avstriyanın “Zaltsburq” komandasına qol vurduğu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa zədəli halda çıxıb. Bu isə onun zədəsinin daha da ağırlaşmasına səbəb olub.
Xatırladaq ki, Murad Məmmədov mövsümün əvvəlindən “Pafos”da çıxış edir.










