Shopping cart

  • Home
  • İdman
  • Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb
İdman

Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Email 34

Azərbaycan millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk məğlubiyyətini alıb.

“Qasid Media”nın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda IV turda Belçika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:19, 25:22, 25:23)

Azərbaycan millisi 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. Belçika 11 xalla 1-ci, 8 xalı olan Niderland üçüncü sıradadır. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.

Xatırladaq ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək Bakıda təşkil olunacaq.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər