Email 29
İspaniyanın “Barselona” klubunun futbolçusu Mark Kasado karyerasını Almaniyada davam etdirə bilər.
“Qasid Media” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Leyptsiq” 22 yaşlı yarımmüadiəçini heyətinə qatmaq istəyir. Bundesliqa təmsilçisi Kataloniya klubuna təklif də göndərib.
Xatırladaq ki, M.Kasado ötən mövsüm bütün yarışlarda 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.










