Shopping cart

  • Home
  • İdman
  • Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq
İdman

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Email 39

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Qasid Media” xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bildirilib ki, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:

“Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir”.

Xatırladaq ki, “Qarabağ” iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən “Dinamo”nu mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər