Email 17
Filippin sahillərində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb
“Qasid Media” xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Təşkilatın açıqlamasında bildirilir ki, zəlzələnin episentri təxminən 7 500 sakini olan Saranqani əyalətindən 24 kilometr cənub-qərbdə qeydə alınıb. Təkanların ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi də elan edilməyib.










