Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının sayı II rübdə azalıb
Gündəm

Azərbaycanda ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının sayı II rübdə azalıb

Email 14

Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5 305 fırıldaqçılıq halı baş verib.

“Qasid Media” xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunlar, I rüblə müqayisədə müvafiq olaraq 20,4 % az və 6,2 % çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 11 % azalaraq 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 39,7 % azalaraq 3 633-ə düşüb.

II rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 33,9 %-i hesabın ələ keçirilməsi (12,5 faiz bəndi çox), 66,1 %-i digər hallarla (12,5 faiz bəndi az), ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9 %-i kartın fiziki iştirakı olmadan (14,3 faiz bəndi az), 54,1 %-i digər hallarla (14,3 faiz bəndi çox) bağlı olub.

Aprel-iyun aylarında ölkədaxili fırıldaqçılığın 93,1 %-i (5,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 6,9 %-i (5,2 faiz bəndi çox) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 92,8 %-i (12,2 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 7,2 %-i (12,2 faiz bəndi az) isə digər hallarda baş verib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər