Shopping cart

  • Home
  • Dünya
  • Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
Dünya

Silahlılar Nigerdə 14 hərbçini öldürüblər

Email 22

Nigerin cənub-şərqində, Çad gölü rayonunda silahlıların hücumu nəticəsində azı 14 hərbçi həlak olub.

“Qasid Media” xəbər verir ki, bu barədə “ActuNiger” portalı məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı Diffa bölgəsindəki ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilən hücumçuları təqib edərkən hökumət qüvvələrinin bölməsi mühasirəyə düşüb.

Döyüş zamanı bir neçə silahlı məhv edilib, onların dəqiq sayı müəyyənləşdirilir.

Nəşrin məlumatına görə, hücumu Çad gölü rayonunda fəaliyyət göstərən “Boko haram” radikal qruplaşmasının üzvləri həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər