Email 21
48 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Hüseyn Rzazadə Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında təsəlliverici görüşə çıxıb.
“Qasid Media” xəbər verir ki, o bu mərhələdə iranlı Amirali İbrahim Fazla qarşılaşıb.
Görüş təmsilçimizin 9:6 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da o, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Xatırladaq ki, o, dünən 1/8 finalda hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzub.










