Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 45 %-dən çox artıb
İqtisadiyyat

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 45 %-dən çox artıb

Email 14

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri574 milyon 946 min ABŞ dolları təşkil edib.

“Qasid Media”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 179 milyon 43 min ABŞ dolları (45,2 %) çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 52,5 % artaraq 502 milyon 816 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 8,9 % artaraq 72 milyon 130 min ABŞ dolları olub.

Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,8 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər