Shopping cart

  • Home
  • İdman
  • Avropa Liqasında ÇSKA-ya uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək
İdman

Avropa Liqasında ÇSKA-ya uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Email 17

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.

“Qasid Media”nın məlumatına görə, Sofiyadakı “Vasil Levski” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb – 0:0.

Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Bununla da “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər