Email 4
Sabunçu rayonunda boşanmaq istəyən gəlinin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
“Qasid Media” Oxu.Az-a istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən qayınatası deyil, gəlinin əri olub.
Belə ki, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, əri 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.









