Shopping cart

  • Home
  • Dünya
  • Belqoroda Ukrayna hücumları nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb
Dünya

Belqoroda Ukrayna hücumları nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb

Email 3

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri zamanı dörd nəfər ölüb, 46 nəfər yaralanıb.

“Qasid Media”nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə bildirib.

Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.

A.Şuvayevin sözlərinə görə, ötən sutka ərzində Belqorod vilayəti 91 dəfə hücuma məruz qalıb. Ukrayna Silahlı Qüvvələri aviasiya, artilleriyanın köməyi ilə dörd zərbə endirib, həmçinin drondan partlayıcı maddə atıb. Hava Hücumundan Müdafiə qüvvələri region üzərində 128 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər