Shopping cart

  • Home
  • İdman
  • Valdas Dambrauskas: “Sabah” klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur”
İdman

Valdas Dambrauskas: “Sabah” klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur”

Email 3

Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur.

“Qasid Media” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib.

Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:

“Komandanı, azarkeşləri, rəhbərliyi və Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə adlaması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. “KuPS” azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər”.

O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:

“İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nə etməli olduğumuz barədə müzakirə apardıq və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha üstün oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün məmnunam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah” “KuPS”u iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. “Sabah” bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər