Email 3
Azərbaycanın sumo millisi Yaponiyanın Odavara şəhərində təlim-məşq toplanışına başlayıb.
“Qasid Media” xəbər verir ki, Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.
Hazırlıq prosesi çərçivəsində yığma məşqlərini Yaponiyanın bir neçə sumo məktəbində davam etdirəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı 2026-cı il oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.




