Shopping cart

  • Home
  • Hadisə
  • Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib
Hadisə

Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib

Email 5

Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib.

“Qasid Media” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib.

Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib.

Nikolskoyedə zəlzələ 3 bala qədər hiss olunub. Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər