Shopping cart

  • Home
  • Dünya
  • Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib
Dünya

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Email 8

Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib.

“Qasid Media” nın verdiyi məlumata görə, bu barədə Bloomberg agentliyi xəbər yayıb.

Ölkənin Müdafiə Nazirliyi bildirilib ki, kredit Albaniyanın hava, quru və dəniz qüvvələri üçün satınalmaların, eləcə də kibermüdafiənin, idarəetmə sistemlərinin və hərbi infrastrukturun maliyyələşdirilməsinə yönəldiləcək.

Albaniyanın müxalifət siyasətçiləri hərbi sahəyə investisiyaları dəstəklədiklərini bildiriblər, lakin razılaşmanın öyrənilməsi üçün onlara çox az vaxt verilməsinə etiraz ediblər. 

Onların sözlərinə görə, sənədin bəzi hissələri məxfi olub və həmin bölmələrə çıxış əldə etmək üçün deputatlar xüsusi məxfilik öhdəliyi sənədlərini imzalamalı olublar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər